12:45 01-07-2021
news_image
181
FUTBOL

“Sabah”dan getdi - Ramil Şeydayev

“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ramil Şeydayev yola salınıb.

Ötən ilin əvvəlindən bakılıların formasını geyinən 25 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib. Şeydayev “Sabah”da keçirdiyi 29 oyunda 6 qola imza atıb.

Qeyd edək ki, Ramil “Sabah”ın yay fasiləsində vidalaşdığı 12-ci oyunçu olub. Ona qədər Təmkin Xəlilzadə, Ruslan Abışov, Dmitro Klots, Eltun Turabov, Mario Marina, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Elşən Abdullayev və Filip İvanoviç yola salınıb.