12:58 01-07-2021
news_image
730
FUTBOL

Sabaha saxlamayacağı transferi kimdir? - “Qarabağ”ın

“Qarabağ” yay fasiləsində ikinci transferini reallaşdırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gün yeni oyunçusunu açıqlayacağını bəyan edib.

Klub feysbuk səhifəsi vasitəsilə “Sabaha saxlamırıq, bu gün açıqlayacağıq” yazılı müqavilə şəklini paylaşıb. “Qarabağ”ın bu paylaşımını Ramil Şeydayevin dönüşünə işarə kimi də başa düşmək olar. Çünki paylaşımda “Sabah” sözünün yazılması, üstəlik, paytaxt klubunun dərhal Ramil Şeydayevlə yollarını ayırdığını açıqlaması bu keçidin baş tutma ehtimalını artırır.

Qeyd edək ki, Ramil Şeydayev 2017/18 mövsümünü “Qarabağ”da keçirib.