00:13 02-07-2021
news_image
125
FUTBOL

13 yaşında – PFL

Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranması günüdür. 

Apasport.az saytının məlumatına görə, 2008-ci ilin iyulun 2-də yaradılan qurumun 13 yaşı tamam olur.

PFL 13 il öncə AFFA-nın inzibati binasında keçirilən iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. Həmin vaxtdan liqanın prezidenti Ramin Musayevdir. PFL prezidenti bu vəzifəyə 4 dəfə seçilib.

Ad gününü qeyd edən qurum bu 13 ildə daxili yarışları keçirir. Azərbaycan Premyer Liqası, I Divizion və Azərbaycan kubokunu təşkil edən PFL yarandığı vaxtdan indiyədək bir sıra yeniliklərə də imza atıb. Həmçinin bu illər ərzində çempionatın səviyyəsi nəzərəçarpan dərəcədə artıb, bunun nəticəsində klublarımız beynəlxalq arenada daha uğurlu çıxış edərək dəfələrlə avrokubokların qrup mərhələsinə yüksəlib.

"Apasport" PFL-i 13 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.