14:01 01-07-2021
news_image
137
FUTBOL

“Mançester Yunayted”ə keçidi açıqlandı - Ceydon Sançonun

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sançonun “Mançester Yunayted”ə keçidi dəqiqləşib.

Apasport.az xəbər verir ki, bu barədə Bundesliqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Almanlar gənc oyunçunun tezliklə Premyer Liqa təmsilçisində tibbi müayinədən keçəcəyini vurğulayıb. Bundan sonra İngiltərə millisinin üzvü “qırmızı şeytanlar”la münasibətləri rəsmiləşdirəcək. Bu transfer “Borussiya”ya 85 milyon avro qazandırıb.

Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Ceydon Sanço 2017-ci ildən “Borussiya”nın formasını geyinir.