15:00 01-07-2021
news_image
201
FUTBOL

Nuriyevin yeni klubu bəlli oldu – Ukraynada qalacaq

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner karyerasını Ukraynada davam etdirəcək.

“Minay”dan ayrılan 25 yaşlı hücumçu “Kolos”un şərəfini qoruyacaq. Futbolçu bu gün klubu ilə müqaviləyə imza atmalıdır.

Qeyd edək ki, Anatoli 2018-ci ildən “Minay”da oynayıb. O, ötən mövsüm 10 qolla komandasının bombardiri olub. “Minay” aşağı dəstəyə düşübsə, “Kolos” avrokuboklarda oynayacaq.