15:40 01-07-2021
news_image
100
AVRO-2020

1/4 finala hazırdır - millinin zədələnən futbolçusu

İtaliya millisinin futbolçusu Alessandro Florensi zədə problemini arxada qoyub.

Apasport.az saytının məlumatına görə, sıraya dönən müdafiəçi artıq komanda məşqlərinə qatılıb.

O, AVRO-2020-nin Belçika ilə 1/4 finalda matçında şans qazana bilər. Turnirin Türkiyə ilə açılış matçında xəsarət alan Florensi iki qrup görüşünü və 1/8 finalı zədə səbəbindən buraxmalı olub.

Qeyd edək ki, İtaliya və Belçika milliləri arasında oyun iyulun 2-də keçiriləcək.