15:50 01-07-2021
news_image
148
FUTBOL

Tamaşaçılar stadionlara buraxıldı – Türkiyədə

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda 2021/22 mövsümündə peşəkar liqalarda tamaşaçıların stadionlara buraxılması müzakirə edilib.

Qərara alınıb ki, yeni mövsümdə oyunlara stadionun tutumunun 50 faizi qədər tamaşaçı buraxılsın. Lojalara isə sayla bağlı limit tətbiq olunmayacaq.