16:16 01-07-2021
news_image
180
FUTBOL

“Keşlə”yə keçidi rəsmiləşdi - Amil Yunanovun

Bakının “Keşlə” klubu heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Amil Yunanovla müqavilə imzalayıb.

Hücumçu ilə anlaşma 1 ili əhatə edir. O, 2021/22 mövsümünü “Keşlə”nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, son komandası “Səbail” olan Amilə qədər Merab Qiqauri, Omar Qudiabi, Aldair Sapalo Amaro Neto və Felipe Santosu heyətinə qatan bakılılar Rəhman Hacıyev, Turan Vəlizadə, Elçin Mustafayev və Rafael Məhərrəmlinin icarə müddətini artırıb.