17:01 01-07-2021
news_image
142
FUTBOL

“Real”da yeni müqavilə - 20 ildir komandadadır

İspaniyanın “Real” klubu futbolçusu Naço Fernandeslə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi ilə yeni müqavilə 2023-cü ilin iyuluna qədər nəzərdə tutulub.

31 yaşlı futbolçu 20 ildir “Real”ın oyunçusudur. O, 2001-ci ilin iyulun 1-də klubun akademiyasına qəbul olub.

Naço “Real”ın yeniyetmə, gənclər komandalarında, əvəzedicisi olan “Kastiliya”da forma geyinib. Müdafiəçi 2013/14 mövsümündən əsas komandanın üzvüdür.

Qeyd edək ki, Naço ötən mövsümdə 24 matçda 1 qol vurub.