17:49 01-07-2021
news_image
184
FUTBOL

Çempionlar Liqasının qalibini transfer edir – “Lester”

İngiltərənin “Lester” klubunu heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi müdafiəçi Rayan Bertanı transfer edəcək.

Onun keçidi ilə bağlı razılıq əldə olunub. Futbolçu ilə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

2015-ci ildən “Sauthempton”da çıxış edən Bertran “Çelsi”nin yetirməsidir. Onun debütü 2012-ci ildə Çempionlar 
Liqasının finalına təsadüf edib. Müdafiəçi “Bavariya” üzərində qələbədə pay sahibi olub.