11:50 02-07-2021
news_image
489
FUTBOL

“Qəbələ”nin əvəzediciləri birinci divizionda iştirak etməlidir” – PFL prezidenti

2021/22 mövsümündən Premyer Liqa klublarının hər birinin əvəzedici heyəti Azərbaycan çempionatının Birinci Divizionunda iştirak edəcək.

Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, ötən mövsüm I diviziona komanda buraxmayan “Səbail” və “Zirə” ilə yanaşı, “Qəbələ”nin də yeni mövsümdən əvəzedici heyətini bərpa etməsi nəzərdə tutulub: “Bütün klubların əvəzediciləri birinci divizionda iştirak etməlidir. Bu, “Qəbələ”yə, də, “Səbail”ə də, digərlərinə də aiddir. Birinci divizionda iştirak etməyən klublar səhvə yol verdiklərini gördülər. Düzdür, bu, klubun istəyindən çox maliyyə ilə bağlıdır”.

Qeyd edək ki, ötən mövsüm I divizion 10 komandanın iştirakı ilə keçirilib.