21:30 01-07-2021
news_image
461
FUTBOL

“Araz Naxçıvan” Azərbaycan çempionatına qayıda bilər – PFL-ə məktub ünvanlandı

“Araz Naxçıvan” yenidən Azərbaycan çempionatının Birinci Divizionunda iştirak edə bilər.

Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

Qurum rəhbəri bildirib ki, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Azad Cabbarov tərəfindən PFL-ə bununla bağlı müraciət olunub: “Naxçıvandan bizə məktub gəlib. Məktub gənclər və idman naziri Azad müəllim tərəfindən ünvanlanıb. Onlar da birinci divizionda iştirak etmək istəyirlər. Ümid edirəm ki, onların da çempionatda çıxışı bərpa olunar”.

Qeyd edək ki, I divizionda 2021/22 mövsümünün minimum 12 komandanın iştirakı ilə keçirilməsi planlaşdırılır.