09:27 02-07-2021
news_image
114
FUTBOL

Transfer bazarında islahatlar – İnfantinonun hədəfi

“Pandemiyadan əvvəlki son ildə beynəlxalq transfer bazarında 7 milyard dollar xərclənib. Bunun 700 milyonu agentlərə və yalnız 70 milyonu futbolçuları yetişdirən klublara çatıb”.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

Qurum başçısı transfer bazarında islahatlar aparılacağını açıqlayıb: “Bizim prinsipimiz transfer bazarında islahatlar aparmaqdır. Belə nəhəng pul vəsaitinin qaydasız axınını düzgün saymırıq. Həmrəylik mexanizminə əsasən oyunçu yetişdirən klub transfer məbləğinin 5 faizini alır. Amma cəmi 60-70 milyon ödənir. Niyə? Çünki bunlar balaca klublardır və bu məbləğləri necə ala biləcəklərini bilmirlər. Onların vaxtı, vəkillər tutmağa pulu çatmır ki, məhkəmələrə müraciət etsinlər. Biz tam şəffaflıq üçün avtomatlaşdırmalıyıq”.