09:32 02-07-2021
news_image
151
FUTBOL

Yeni transferini itirdi – “Neftçi”nin potensial rəqibi

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibi olan “Olimpiakos” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Yunanıstan təmsilçisinin yeni transferi Tikinyo sıradan çıxıb.

Braziliyalı hücumçu Sofiya MOİK-i ilə yoxlama görüşündə çiynindən zədələnib. Həkimlər 30 yaşlı oyunçunun cərrahiyyə əməliyyatı keçirəcəyini və 2 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu da o deməkdir ki, “Neftçi” I təsnifat mərhələsində Tbilisi “Dinamo”sunu (Gürcüstan) keçərsə, Tikinyo II raundda Azərbaycan çempionu ilə matçları buraxacaq.

Qeyd edək ki, “Neftçi”nin “Dinamo” ilə oyunları iyulun 7-də və 14-də keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində 20-21 iyul və 27-28 iyul tarixlərində “Olimpiakos”la qarşılaşacaq.