09:41 02-07-2021
news_image
157
FUTBOL

Konfrans Liqasına vitrin kimi baxır – “Keşlə”nin yeni transferi

“Yüksək səviyyəli bir kluba gəldiyim üçün çox xoşbəxtəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin yeni transferi Felipe Santos deyib.

Sloveniyanın “Maribor” klubundan transfer olunan braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına keçidi dəyərləndirib. Bakı klubu ilə 1 illik müqavilə bağlayan 24 yaşlı hücumameyilli oyunçu artıq məşqlərdə iştirak edir.

“Keşlə”nin yeni “10 nömrəsi” Konfrans Liqasında Rusiya təmsilçisi “Soçi” ilə keçiriləcək oyunlara da münasibət bildirib: “Artıq məşq edirəm, komanda yoldaşlarıma uyğunlaşıram. Yeni çağırışa görə motivasiyalıyam. Bizi böyük işlərin gözlədiyini bilirəm. Konfrans Liqasında oynamaq çox vacibdir, bura vitrindir. Yeni rəqabət, eyni zamanda çox önəmlidir. Çətin rəqiblə düşmüşük. Amma 11 oyunçuya qarşı 11 nəfər çıxış edir. Çox yaxşı hazırlaşırıq, uğurlu nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Keşlə” “Soçi” ilə iyulun 22-də səfərdə, bir həftə sonra isə evdə qarşılaşacaq.