10:46 02-07-2021
news_image
112
FUTBOL

Rəmzi komanda – azad agentlərdən ibarət

Azad agent statusuna malik futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfəki “11-lik” əvvəlki transfer pəncərələrindəki ilə müqayisədə daha sanballı olub.

Buna səbəb Lionel Messinin də rəsmən klubsuz olmasıdır. O, “Barselona” ilə uzadılması gözlənilən müqaviləni hələ yeniləməyib.

Azad agentlər arasında PSJ-ə keçməyə yaxın olan Canluici Donnarumma və Serxio Ramos da var.

Qapıçı: Canluici Donnarumma;

Müdafiəçilər: Corco Kyellini, Serxio Ramos, Jerom Boatenq, Patrik van Anholt;

Yarımmüdafiəçilər: Cek Uilşir, Xuan Mata, Qaston Ramires, Frank Riberi;

Hücumçular: Lionel Messi, Stevan Yovetiç.