11:51 02-07-2021
news_image
147
FUTBOL

İlk transferini etdi - “Səbail”

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün transfer çalışmalarına start verən “Səbail” ilk futbolçu keçidini gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Azərbaycan millisinin sabiq futbolçusu Məhəmməd Mirzəbəyovu heyətinə qatıb.

Ötən mövsüm “Sabah”da 9 oyun keçirən müdafiəçi yeni klubuna azad agent kimi qoşulub. Onunla “Səbail” arasında müqavilə imzalanıb. Bu, paytaxt klubunun yay transfer pəncərəsində ilk olub.

Qeyd edək ki, Məhəmməd Premyer Liqada 193 matç keçirib, 5 qol vurub.