12:28 02-07-2021
news_image
631
AVRO-2020

“İstəyirəm desinlər ki, turnirə Azərbaycanda başlamaq onlara düşərli oldu”- Ramin Musayev

“Bakının AVRO-2020-də təşkilatçılığı çox yüksək səviyyədədir. Oyunlarda da bunun şahidi oldum. İstər AFFA, istərsə də hüquq mühafizə orqanları üzərinə düşən işləri artıqlaması ilə yerinə yetirir. Paytaxtımızda bir oyun qalıb, onun da normal keçəcəyinə əminəm”.

Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Komandaların AVRO-2020-dəki çıxışlarını dəyərləndirən Musayev azarkeşlik etdiyi komandanın adını da açıqlayıb: “Təəssüf ki, çox sevdiyimiz Türkiyə millisi hamımızı məyus etdi. Xaricdə Türkiyədən sonra həmişə İspaniya yığmasına azarkeşlik etmişəm. Amma bu turnirdə Ukraynaya da simpatiyam çoxdur”.

PFL rəhbəri qrupdakı iki matçını Bakıda keçirən İsveçrə yığmasının bu turnirdə sürpriz edə biləcəyini düşünür: “Favorit söyləmək çox çətindir. Məncə, İsveçrə sürpriz edib finala çıxa bilər. Onların oyununu burada izlədim. İstəyirəm finala çıxsınlar və desinlər ki, turnirə Azərbaycanda başlamaq onlara düşərli oldu”.

Qeyd edək ki, AVRO-2020-nin 1/4 final mərhələsinin oyunların iyulun 2-3-də keçiriləcək. İkinci oyun günündə Çexiya ilə Danimarka Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.