12:29 02-07-2021
news_image
108
FUTBOL

Ramosdan 2 illik müqavilə - PSJ ilə

İspaniyanın “Real” klubunun futbolçusu Serxio Ramos karyerasını PSJ-də davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin qardaşı və agenti Rene Ramos PSJ-nin nümayəndələri ilə danışıqları yekunlaşdırıb.

Tərəflər 2 illik müqavilə barədə razılıq əldə edib. Serxio tibbi müayinədən keçdikdən sonra anlaşmanı imzalayacaq.

Qeyd edək ki, “Real”la müqaviləsi başa çatan müdafiəçi azad agent statusuna malikdir.