12:47 02-07-2021
news_image
138
TOKİO-2020

Tamaşaçılar buraxılmayacaq – Olimpiya Oyunlarının bəzi yarışlarına

Tokio-2020 Yay Olimpiya Oyunlarında bəzi yarışların tamaşaçısız keçirilməsi müzakirə olunur.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Günün ikinci yarısına təsadüf edən axşam yarışları və böyük obyektlərdəki turnirlər boş tribunlar önündə keçirilə bilər. Məsələ ilə bağlı yekun qərar iyulun 8-də veriləcək.

Qeyd edək ki, iyulun 23-dən avqustun 8-dək keçiriləcək Olimpiya Oyunlarında xarici azarkeşlər olmayacaq. Yerli tamaşaçıların sayı isə stadionun tutumunun 50 faizini keçməmək şərtilə 10 min nəfərlə məhdudlaşdırılacaq.