12:52 02-07-2021
news_image
205
FUTBOL

Braziliyalı futbolçu ilə müqavilə imzaladı - “Zirə”

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu Velvis Damakenanı heyətinə qatıb.

20 yaşlı braziliyalı 1+3 illik  müqavilə imzalayıb. Ukraynanın “Lvov” klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. Velvis transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, braziliyalı forvard “Lvov”dan başqa Slovakiyanın “Lokomotiva” klubunda da çıxış edib.