13:43 02-07-2021
news_image
114
FUTBOL

Son 4 böyük turnirdə qol vuranlar – “5-lik”

Böyük turnirlərdə qol vurmaq ölkəsini təmsil edən hər futbolçunun xəyalıdır.

Apasport.az saytının məlumatına görə, ardıcıl son 4 böyük turnirdə fərqlənməyi bacaran oyunçu sayı isə cəmi 5-dir.

Həmin futbolçular iki dünya və iki Avropa çempionatında aktivinə qol yazdırmağı bacarıb. Onlar aşağıdakılardır:

1. Kriştiano Ronaldo (Portuqaliya)
DÇ-2014: 1 qol
AVRO-2016: 3 qol
DÇ-2018: 4 qol
AVRO-2020: 5 qol

2. Romelu Lukaku (Belçika)
DÇ-2014: 1 qol
AVRO-2016: 2 qol
DÇ-2018: 4 qol
AVRO-2020: 3 qol

3. Pol Poqba (Fransa)
DÇ-2014: 1 qol
AVRO-2016: 1 qol
DÇ-2018: 1 qol
AVRO-2020: 1 qol

4. İvan Perişiç (Xorvatiya)
DÇ-2014: 2 qol
AVRO-2016: 2 qol
DÇ-2018: 3 qol
AVRO-2020: 2 qol

5. Xerdan Şakiri (İsveçrə)
DÇ-2014: 3 qol
AVRO-2016: 1 qol
DÇ-2018: 1 qol
AVRO-2020: 2 qol