13:50 02-07-2021
news_image
319
FUTBOL

Klublarımızın transferləri çalışmalarını dəyərləndi - Ramin Musayev

“Klublarımızın transferlərinin əvvəlki qədər olmamasını koronavirus pandemiyası ilə bağlayıram”.

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

PFL rəhbəri Premyer Liqa klublarının transfer çalışmalarını dəyərləndirib. Musayev koronavirus pandemiyasının klubların planlarına da təsir göstərdiyini söyləyib: “Pandemiya insanları çox qorxudub. Xaricdən Azərbaycana gəlmək istəyən futbolçu çox azdır. Bəlkə də, düşünürlər ki, gələrlər, sonra ailələrinin yanına qayıda bilməzlər. Ümumilikdə deyə bilərəm ki, bu gün klublarımızın transfer çalışmaları zəifdir. Bunun da 90 faizini pandemiya ilə əlaqələndirirəm”.

Qeyd edək ki, hələlik ölkə xaricindən yalnız “Keşlə” (3), “Qarabağ” (1) və “Neftçi” (1) futbolçu gətirib.