13:58 02-07-2021
news_image
153
AVRO-2020

Belçikalıların 49 illik həsrəti – İtaliya önündə

AVRO-2020-nin bu gün keçiriləcək 1/4 final oyununda üz-üzə gələcək İtaliya və Belçika yığmaları 23-cü dəfə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, rəqiblər indiyədək 22 dəfə görüşüb.

Əvvəlki matçlarda aşkar üstünlük apenninlilərin tərəfindədir. 14 qələbəsi olan “Skuadra adzurra” 4 heç-heçə edib və 4 dəfə məğlubiyyətə üzülüb. 43 qol vuran italiyalılar 24 top buraxıb.

Bu görüşlərdən 16-sı yoldaşlıq oyunu olubsa, 6 matç rəsmi turnirlərə təsadüf edib. Bu 6 qarşılaşmanın yarısında qələbə qazanan italiyalılar 2 heç-heçə edib və 1 dəfə uduzub. Top fərqində isə üçqat fərq qeydə alınıb – 9-3. Belçikalıların yeganə qələbəsi də 49 il əvvələ təsadüf edib.

Belçika və İtaliya yığmaları rəsmi turnirlərdə
DÇ-1954, qrup mərhələsi

İtaliya – Belçika – 4:1
AVRO-1972, 1/4 final
İtaliya – Belçika – 0:0, 1:2
AVRO-1980, qrup mərhələsi
İtaliya – Belçika – 0:0
AVRO-2000, qrup mərhələsi
İtaliya – Belçika – 2:0
AVRO-2016, qrup mərhələsi
Belçika – İtaliya – 0:2