14:17 02-07-2021
news_image
236
FUTBOL

Məşqçilər korpusu ilə bağlı qərar – “Qarabağ”dan

Ağdamın “Qarabağ” klubu məşqçilər korpusu ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın vitse-çempionu baş məşqçi Qurban Qurbanovun köməkçiləri ilə müqavilələri uzadıb.

"Qarabağ" məşqçilər korpusunda yer alan Elçin Rəhmanov, Müşfiq Hüseynov, Zaur Tağızadə, Elxan Həsənov, Çudomir Çakarov, Mario Mitov və Yanuş Vasilevin anlaşmalarını yeniləyib.

Qeyd edək ki, daha öncə futbolçular Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev, Musa Qurbanlı və Filip Ozobiçlə anlaşmalar da uzadılıb.