14:19 02-07-2021
news_image
141
FUTBOL

“Qəbələ”nin qapıçısını transfer etdi – “Zirə”

“Zirə” yay fasiləsində 4-cü transferini reallaşdırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar qapı xəttinə daha bir oyunçu cəlb edib.

Təmkin Xəlilzadə, Ruslan Abışov və Mehdi Cənnətovdan sonra Anar Nəzirov da “Zirə” ilə anlaşıb. “Qəbələ”dən ayrılan 35 yaşlı qolkiper köhnə-yeni komandası ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Anar Nəzirov daha əvvəl 2015-18-ci illər aralığında da “Zirə”nin şərəfini qoruyub. O, həmçinin "Kəpəz", "Neftçi", "Turan", "Standart", "Qəbələ" və "Sumqayıt"da çıxış edib.