15:24 04-07-2021
news_image
207
FUTBOL

“Mançester Yunayted” tarixinin ən bahalı transferləri – Sanço 3-cü oldu

“Mançester Yunayted”in yenicə heyətinə cəlb etdiyi Ceydon Sanço klub tarixinin ən bahalı 3-cü futbolçusu olub.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi Dortmund “Borussiya”sından 85 milyon avroya alınsa da, bu, yalnız Romelu Lukakunu geridə qoyaraq ilk “üçlüy”ə düşmək üçün yetərli olub.

“Qırmızı şeytanlar” tarixinin bundan da baha qiymətə aldığı oyunçular olub. Maraqlıdır ki, ilk iki yerdə qərarlaşan oyunçular da hazırda Mançester klubunun formasını geyinir.

Premyer Liqa təmsilçisinin ən bahalı transferləri aşağıdakılardır:

1. Pol Poqba - 105 milyon avro
2016-cı il “Yuventus”dan

2. Harri Maquayr - 87 milyon
2019-cu il “Lester”dən

3. Ceydon Sanço - 85 milyon
2021-ci ildə “Borussiya”dan (Dortmund)

4. Romelu Lukaku – 84,7 milyon
2017-ci ildə “Everton”dan

5. Anxel Di Mariya - 75 milyon
2014-cü ildə “Real”dan

6. Entoni Marsyal - 60 milyon
2015-ci ildə “Monako”dan

7. Fred - 59 milyon
2018-ci ildə “Şaxtyor”dan (Donetsk)

8-9. Bruno Fernandeş - 55 milyon
2020-ci ildə “Sportinq”dən

Aaron Van-Bissaka - 55 milyon
2019-cu ildə “Kristal Pelas”dan