15:26 02-07-2021
news_image
189
FUTBOL

“Barselona” qərarını açıqladı - Qrizmannla bağlı

Fransa millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Antuan Qrizmannın gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasına Kataloniya təmsilçisində davam etdirəcək.

Klub prezidenti Joan Laporta Qrizmannı saxlamağa qərar verib. O, satılması ehtimal edilən forvarda ehtiyac olduğu qənaətindədir.

Laporta yalnız bir halda Antuanın satışını nəzərdən keçirə bilər. Bu da yalnız çox yüksək məbləğin təklif olunacağı halda mümkündür. Lakin koronavirus pandemiyası ilə bağlı maliyyə böhranı dövründə hər hansı klubun belə təklif edəcəyi inandırıcı görünmür.