15:38 02-07-2021
news_image
2230
FUTBOL

Kamerunlu futbolçu azərbaycanlı xanımla evləndi - VİDEO

“Keşlə”nin kamerunlu futbolçusu Anatole Abanq azərbaycanlı xanımla ailə həyatı qurub.

Apasport.az saytının məlumatına görə, bu barədə 25 yaşlı hücumçu özü instaqram səhifəsindəki paylaşımı ilə xəbər yayıb.

Abanq Adelia Hacıyeva adlı xanımla Bakıda evlənib. 

Qeyd edək ki, Anatole Abanq bu ilin yanvarından “Keşlə”də çıxış edir.