16:48 02-07-2021
news_image
171
FUTBOL

Transfer edə bilmir - PSJ

Fransanın PSJ klubu ciddi problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi maliyyə feyr-pleyi üzündən yeni futbolçu edə bilmir.

Paris klubunun transfer gerçəkləşdirməsi üçün hazırkı heyətin üzvlərinin satışından ən azı 200 milyon avro əldə etməlidir. Fransalıların bu məqsədlə satmaq istədiyi oyunçular da bəllidir. Bunlar Pablo Sarabiya, Ander Errera, Leandro Paredes, İdrissa Qeye, Tilo Kerer, Abdu Diallo və Leyvin Kurzavadır.

Qeyd edək ki, məhz transferlərlə bağlı çətinlik üzündən PSJ əsasən azad agentləri heyətinə qatmağa çalışır. Jorjinyo Veynaldumun keçidini həll edən parislilər Serxio Ramos və Canluici Donnarummanı da pulsuz heyətinə qatacaq. “İnter”in müdafiəçisi Əşrəf Hakimi üçün isə 70 milyon avro ödənilməlidir.