16:54 02-07-2021
news_image
1191
FUTBOL

Super Liqa klubu ilə anlaşdı – Uroş Matiç

“Qarabağ”ın yarımmüdafiəçisi Uroş Matiç karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu mövsüm Super Liqaya vəsiqə qazanan “Girəsunspor”un 31 yaşlı futbolçu ilə danışıqları müsbət nəticələnib.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə Matiçlə bağlı heç bir klubdan rəsmi təklif almadıqlarını bildirib: “Rəsmi təklif olarsa, Matiçin icarəyə verilməsi və ya satılması barədə düşünə bilərik”. 

O, hətta serbiyalı oyunçunun iyulun 4-də təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq heyətdə yer alacağını söyləyib.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada keçirdiyi 19 oyunda 1 qol vuran Uroş Matiçin “Qarabağ”la müqavilə müddəti gələn ilin yayına qədərdir.