17:19 02-07-2021
news_image
132
AVRO-2020

Futbolçuları ən çox oyunun qəhrəmanı seçilən klublar – AVRO-2020

AVRO-2020-də bu gün 1/4 final mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, UEFA hər matçdan sonra oyunun ən yaxşısını açıqlayır.

Qrup və 1/8 final mərhələsində ən çox oyunçusu matçın qəhrəmanı seçilən klubların adları açıqlanıb. İndiyə qədər “Real” və “İnter” bu baxımdan hamını üstələyir. Adıçəkilən komandaların futbolçuları 4 dəfə AVRO-2020-də matçın ən yaxşısı seçilib. Onları 3 ən yaxşı ilə 3 klub izləyir.

1-2. “Real” - 4 futbolçu
David Alaba: Avstriya - Şimali Makedoniya – 3:1
Qaret Beyl: Uels - Türkiyə – 2:0
Luka Modriç: Xorvatiya – Çexiya - 1:1
Kərim Benzema: Fransa – Portuqaliya – 2:2

“İnter” – 4
Kristian Eriksen: Danimarka - Finlandiya - 0:1
Romelu Lukaku: Belçika – Rusiya - 3:0
Milan Şkrinyar: Slovakiya – Polşa – 2:1
Romelu Lukaku: Belçika - Danimarka – 1:2

3-5. “Barselona” – 3
Jordi Alba: İspaniya – Polşa - 1:1
Serxio Buskets: İspaniya – Slovakiya – 5:0
Serxio Buskets: İspaniya – Xorvatiya – 5:3

“Mançester Yunayted” – 3
Viktor Lindelöf: İsveç – İspaniya – 0:0
Pol Poqba: Fransa – Almaniya - 1:0
Harri Mauayr: İngiltərə - Almaniya - 2:0

“Mançester Siti” – 3
Rahim Sterlinq: İngiltərə - Xorvatiya - 1:0
Kevin De Bruyne: Belçika - Finlandiya 2:0
Aleksandr Zinçenko: Ukrayna – İsveç – 2:1