17:51 02-07-2021
news_image
183
FUTBOL

8 milyonluq müdafiəçi – “Arsenal”da

İngiltərənin “Arsenal” klubunun heyətinə qatacağı yeni futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Nunu Tavareş karyerasını London təmsilçisində davam etdirəcək.

Portuqaliya “Benfika”sının sol cinah müdafiəçisinin transferi barədə iki klub arasında razılıq əldə olunub. 21 yaşlı futbolçunun keçidi Lissabon klubuna 8 milyon avro qazandıracaq. Portuqaliyalılar əlavə bonuslar da əldə edə bilər. 

Qeyd edək ki, daha öncə futbolçu və “Benfika” arasında 5 illik müqavilə razılaşdırılıb.