20:55 02-07-2021
news_image
164
FUTBOL

Baş məşqçisi bəlli oldu - “Fənərbaxça”nın

“Fənərbaxça”nın yeni baş məşqçisinin adı bəlli olub. 

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalı Vitor Pereyraya həvalə olunub. 

2015/2016 mövsümündə də “Fənərbaxça”da işləmiş 53 yaşlı mütəxəssislə müqavilənin detalları hələlik açıqlanmayıb. 

O, son olaraq “Şanxay” (Çin, Port) klubunda çalışıb.