23:29 02-07-2021
news_image
133
AVRO-2020

Komandası uduzdu, özü rekord vurdu – AVRO-2020

İsveçrə millisinin qapıçısı Yan Zommer AVRO-2020-də yeni rekord qırıb.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı qolkiper 1/4 final mərhələsində İspaniya ilə oyunda bunu bacarıb.

Mönhenqladbax “Borussiya”sının üzvü oyun ərzində 10 dəfə seyv edib ki, bu da AVRO-2020-nin indiyə qədərki ən yaxşı göstəricisidir. Zommer həmçinin oyunsonrası penaltilər seriyasında da bir zərbəni dəf edib.

Lakin onun bu fədakarlığı komandası üçün yetərli olmayıb. Penaltilər seriyası ilə məğlub olan İsveçrə mübarizəni dayandırıb.