00:00 03-07-2021
news_image
120
AVRO-2020

İspaniya millisi seriyanı davam etdirdi – AVRO-2020

AVRO-2020-nin 1/4 final mərhələsində İsveçrə ilə qarşılaşan İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.

Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında dəqiq olan Luis Enrikenin yetirmələri yarımfinala adlayıb.

Bununla “buğalar” ardıcıl 13-cü oyundur ki, uduzmur. Komanda bu matçların 6-da qələbə qazanıb, 7-də heç-heçə edib. İspaniya yığması sonuncu dəfə ötən il oktyabrın 13-də Millətlər Liqasında Ukraynaya (0:1) yenilib.

Qeyd edək ki, ispanların yarımfinaldakı rəqibi hazırda davam edən Belçika – İtaliya görüşünün qalibi olacaq.