00:19 03-07-2021
news_image
181
AVRO-2020

Yeni rekord - AVRO-2020

İtaliya millisi AVRO-2020-də öz rekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” 1/4 final mərhələsində Belçika ilə görüşün ilk hissəsində buna nail olub.

Birinci hissədə rəqibi iki dəfə məyus edən Roberto Mançininin kollektivi cari turnirdəki qollarının sayını 11-ə çatdırmaqla Avropa çempionatları tarixində bir turnirdə ən çox qol vurma rekorduna imza atıb. 

Komanda sonuncu dəfə DÇ-2006-da bundan çox qol vura bilib. Həmin dünya çempionatında 12 qol vuran “Skuadra Adzurra” sonda çempion olub.