00:34 03-07-2021
news_image
182
AVRO-2020

İspaniya tarixində ilk - AVRO-2020

İspaniya AVRO-2020-də ardıcıl ikinci dəfə 90 dəqiqə ərzində matçın taleyini həll edə bilməyib.

Apasport.az saytının məlumatına görə, 1/8 finalda Xorvatiya üzərində əlavə edilmiş dəqiqələrdə vurduğu qollar sayəsində (5:3) mərhələ adlayan Luis Enrikenin kollektivi 1/4 finalda İsveçrəni penaltilər seriyası ilə üstələyib.

Tarixdə ilk dəfə ispanlar böyük bir turnirdə (Avropa çempionatı və ya dünya çempionatı) ardıcıl iki pley-off oyunundan qalib ayrılmağı bacarıb.

Qeyd edək ki, İsveçrə - İspaniya matçı 1:1 hesabı ilə yekunlaşıb və ikincilər penaltilər seriyasında 3:1 hesablı qələbə qazanıb.