09:51 03-07-2021
news_image
145
AVRO-2020

41 ildir yarımfinala həsrətdir - Belçika

AVRO-2020-nin 1/4 final mərhələsində İtaliyaya 1:2 hesabı ilə məğlub olan Belçika millisi turnirlə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, belçikalılar Roberto Martinesin bu posta təyin olunduğu 2016-cı ildən heç bir böyük turnirdə hədəflədiyi finala yüksələ bilməyib.

Komanda DÇ-2018-in yarımfinalında da Fransaya yenilmişdi. Ümumiyyətlə, belçikalılar 1980-ci ildən bəri Avropa çempionatlarında yarımfinal üzü görməyib.

Onlar sonuncu dəfə 41 il əvvəl keçirilən qitə birinciliyində finala yüksəlib, onda da həlledici matçda Almaniyaya (1:2) uduzub.