10:08 03-07-2021
news_image
143
FUTBOL

Braziliya yarımfinalda – Argentina gözləyir

Braziliyada keçirilən Amerika kubokunda 1/4 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 matç baş tutub.

Peru ilə Paraqvayın dueli daha məhsuldar alınıb. 6 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq olan perulular yarımfinala adlayıb.

Braziliya isə Çili ilə görüşüb. Bu qarşılaşmanın taleyini meydan sahiblərinin bir qolu həll edib.

Beləliklə, iyulun 5-dəki ilk yarımfinal cütünün tərkibi bəlli olub. Braziliya Perunu sınağa çəkəcək.

Digər yarımfinalda bugünkü 1/4 final matçlarının qalibləri üz-üzə gələcək. Bu gün Uruqvay – Kolumbiya və Argentina – Ekvador qarşılaşmaları keçiriləcək.

Amerika kuboku
1/4 final
2 iyul
Braziliya – Çili – 1:0
Paketa, 46
Peru – Paraqvay – 3:3, pen. 4:3
Lapadula, 21, 40, Yotun, 80 – Qomes, 11, Alonso, 54, Avalos, 90