10:31 03-07-2021
news_image
248
FUTBOL

“Dinamo” iştirak ərizəsini açıqladı – “Neftçi” ilə oyun üçün

Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Tbilisi “Dinamo”sunun iştirak ərizəsi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Kaxaber Sxadadze heyətə 20 futbolçu daxil edib.

O, “Neftçi” ilə matçlarda 2 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçuya güvənəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 7-də Tbilisidə keçiriləcək.

Qapıçılar:
13. Omar Migineyşvili
30. Roin Kvasxvadze

Müdafiəçilər:
3. Aleksandre Kalandadze
5. Davit Kobouri
12. Levan Xarabadze
19. Simon Qbeqnon
22. Fabian Mitçel Sporkslede
24. Nodari İaşvili
26. Piruzi Qabitaşvili

Yarımmüdafiəçilər:
6. Bakar Kardava
8. Milan Radin
15. Giorgi Papava
21. Giorgi Kutsia
27. Anzor Mekvabişvili
28. Giorgi Omaraşvili
29. Nodari Lominadze
38. Nodari Kavtaradze

Hücumçular:
9. Giorgi Qabedava
17. Tornike Axvlediani
32. Zoran Marusiç