11:06 03-07-2021
news_image
108
FUTBOL

Qətər klubunda – “İnter”in sabiq baş məşqçisi

Tanınmış italiyalı məşqçi Andrea Stramaççoninin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, “İnter”in sabiq baş məşqçisi karyerasını Qətərdə davam etdirəcək.

O, “Əl-Qərəfə”nin baş məşqçisi təyin olunub. 45 yaşlı mütəxəssis gələn həftə komandasına qoşulacaq.

O, 4 ildir bu komandanı çalışdıran Slavişa Yovanoviçi əvəzləyib. Serbiyalı “Şeffild Yunayted”in “sükanı arxası”na keçib.

Qeyd edək ki, Stramaççoni “İnter”dən başqa, “Udineze”, “Panatinaikos”, “Sparta”da çalışıb. Onun son iş yeri İran təmsilçisi “İstiqlal” olub. Mütəxəssis bir neçə ay əvvəl İran yığmasının baş məşqçisi postuna da namizəd olub.