11:27 03-07-2021
news_image
137
FUTBOL

Mütləq rekord, Lukaku 4 futbolçudan geridə - AVRO-2020

AVRO-2020-də 1/4 final mərhələsinin ilk günü arxada qalıb.

Apasport.az saytının məlumatına görə, mərhələnin ilk iki görüşü bir sıra maraqlı məqamlarla əlamətdar olub.

Belçika üzərində qələbə (2:1) İtaliya yığmasının Avropa çempionatlarında ardıcıl 15-ci zəfəri olub. Bu, turnirin tarixində mütləq rekorddur. Almaniya 2010-12, Belçika isə 2018-21-ci illərdə 14 qələbəni sıralayıb.

İtaliya Avropa çempionatının bir final mərhələsindəki ilk 5 oyunda qələbə qazanan ikinci komandadır. 1984-cü ildə Fransa bunu bacarıb.

A seriyasının futbolçularının AVRO-2020-dəki qol sayı 33-ə çatıb. Bu, mütləq rekorddur. AVRO-2016-da İngiltərə Premyer Liqasının təmsilçiləri 30 dəfə fərqlənib.

Belçikalı Romelu Lukaku final mərhələlərində 6-cı qolunu vurub. O, yalnız 4 oyunçudan – Kriştiano Ronaldo, Mişel Platini, Alan Şirer və Antuan Qrizmanndan geri qalır.

İspaniya eyni turnirdə iki dəfə əlavə vaxt oynayaraq mərhələ adlayan 6-cı komandadır. Əvvəlki 5 yığmanın hamısı sonda çempion olub.

AVRO-2020-də 4-cü dəfə əlavə vaxt oynanılıb. AVRO-1996 və AVRO-2016-da 5 dəfə belə hadisə reallaşıb.