13:28 03-07-2021
news_image
442
FUTBOL

Çempionlar Liqasının 66 illik cədvəli – “Qarabağ”la “Neftçi”nin fərqi

Gələn həftə Çempionlar Liqasında təsnifat mərhələsi başlayır. 

Apasport.az saytının məlumatına görə, 31 ölkənin çempionu qitənin ən nüfuzlu klub turnirində yeni mövsümə start verir.

Start ərəfəsində Çempionlar Liqasının 66 illik tarixinin ümumi turnir cədvəli açıqlanıb. İndiyədək yarışda iştirak edən 526 klub cədvələ daxil edilib.

Qələbəyə görə 2 xal hesablandığı sıralamada oynanılan əlavə vaxtın nəticələri əsas götürülüb. Siyahıda Azərbaycan klubları da yer alıb.

Müxtəlif illərdə turnirdə oynamış 7 komandamız cədvəldə müxtəlif pillələrdə yer alıb. Ən yaxşı təmsilçimiz “Qarabağ” 78-ci sıradadır.

Ağdamlılar “Neftçi”ni 31 xal və ya 93 pillə qabaqlayır. Yeni mövsümdə bu turnirdə oynayacaq bakılılar mövqeyini yaxşılaşdırmaq imkanına malikdir.

Azərbaycanın digər 5 çempionu cədvəlin ikinci yarısında yer alıb. “Bakı” və “Keşlə” 3-cü, “Şəmkir”lə “Kəpəz” 4-cü “yüzlük”də qərarlaşıb. “Xəzər Lənkəran” qələbə qazanmayan yeganə klubumuzdur. Bu onların mövqeyində də əksini tapıb.

Qeyd edək ki, Avropanın ən yaxşısı 615 xala malik “Real”dır. “Bavariya” 501, “Barselona” 460 xala malikdir.

“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi Tbilisi “Dinamo”su 32 xalla 106-cıdır.

Ən yaxşı Türkiyə klubu “Qalatasaray” 157 xalla 26-cıdır. Maraqlıdır ki, 25-ci sırada “Neftçi”nin mümkün rəqibi “Olimpiakos”dur – 161 xal.

yer

klub

T

O

Q

H

M

T/F

X

78

Qarabağ

7

39

16

14

9

43-30

46

171

Neftçi

6

18

5

5

8

14-32

15

271

Bakı

2

6

2

2

2

7-8

6

297

Keşlə

2

6

1

3

2

3-5

5

398

Şəmkir

2

6

1

0

5

6-11

2

399

Kəpəz

2

4

1

0

3

4-9

2

426

Xəzər Lənkəran

1

2

0

1

1

2-4

1

T – turnir sayı, O – oyun, Q – qələbə, H – heç-heçə, M – məğlubiyyət, T/F top fərqi, X – xal.