14:03 03-07-2021
news_image
216
AVRO-2020

Sevdiyi komandanı açıqladı – rusiyalı gözəl

Rusiyalı fiqurlu konkisürən Yelizaveta Tuxtamışevanın AVRO-2020-də azarkeşlik etdiyi komanda bəlli olub.

Apasport.az saytının məlumatına görə, dünya və Avropa çempionu sosial şəbəkədə sualları cavablandırarkən fanatı olduğu komandanı açıqlayıb.

Təkcə uğurları deyil, həm də gözəlliyi ilə özündən söz etdirən rusiyalı “AVRO-2020-də kimə azarkeşlik edirsiz” sualına emoji ilə cavab verib. Yelizaveta İtaliya bayrağının emojisini göndərib.

Qeyd edək ki, İtaliya millisi dünən Belçikaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.