15:16 03-07-2021
news_image
114
FUTBOL

Axtardığını tapdı – “Atalanta”

İtaliyanın “Atalanta” klubu heyətini gücləndirmək üçün transfer edəcəyi müdafiəçini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisinin rəhbərliyi istədiyi oyunçunu A seriyasında tapıb.

“Atalanta” “Bolonya”nın müdafiəçisi Mattias Svanberqin xidmətində maraqlıdır. İsveçlinin klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Svanberqin transfer qiyməti 12 milyon avrodur.