15:43 03-07-2021
news_image
164
FUTBOL

“Doqquzluq” – Ronaldo 1-ci, Şevçenko 7-ci

Çempionlar Liqasının təsnifat mərhələlərinə gələn həftə start veriləcək.

Apasport.az saytının məlumatına görə, start öncəsi yarışın bombardirlər siyahısı açıqlanıb.

Cədvəldə yalnız 9 futbolçu 50 və ya daha çox qol vurub. Onlardan ikisi 100-ü arxada qoyub.

Bunlar Kriştiano Ronaldo ilə Lionel Messidir. Onları 15 top ayırır. İlk “üçlüy”ü Robert Levandovski qapayır.

1. Kriştiano Ronaldo – 135
2. Lionel Messi – 120
3. Robert Levandovski – 73
4-5. Raul – 71
Kərim Benzema – 71
6. Ruud van Nistelroy – 60
7. Andrey Şevçenko – 59
8. Tyerri Anri – 51
9. Filippo İnzaqi - 50