17:32 04-07-2021
news_image
250
FUTBOL

Kasilyasın rekordu təhlükədə - Ronaldo gəlir

Çempionlar Liqasının təsnifat mərhələlərinin startı ərəfəsində turnirdə ən çox oyun keçirənlərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ İker Kasilyas başçılıq edir.

Lakin Kriştiano Ronaldonun ona çatması üçün bir dəfə meydana çıxması lazımdır. İlk oyunda rekorda şərik çıxacaq forvard növbəti matçında qapıçını arxada qoyacaq.

1. İker Kasilyas – 181
2. Kriştiano Ronaldo – 180
3. Xavi – 157
4. Rayan Giqqz – 151
5. Lionel Messi – 149
6. Raul – 144
7. Paolo Maldini – 139
8-9. Andres İnyesta – 132
Canluici Buffon – 132
10. Klarens Zeedorf - 131