14:33 03-07-2021
news_image
208
FUTBOL

Taleyinə aydınlıq gəldi – Əli Qurbaninin

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib. 

Klubdan apasport.az saytına verilən məlumata görə, ötən mövsüm komandanın bombardiri olan Əli Qurbani növbəti mövsümdə də eyni formanı geyinəcək.

O, "Sumqayıt"da keçirdiyi 1 ildə 19 oyunda rəqib qapısına yol tapıb. Əli həmçinin milli komandamızın son toplanışlarına da dəvət alıb.

Qeyd edək ki, daha öncə Yusif Nəbiyev, Tərlan Əhmədli, Roman Hüseynov, Xəzər Mahmudov və Eltun Turabovu transfer edən “Sumqayıt” Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramov, Höccət Haqverdi, Tellur Mütəllimov və Elvin Bədəlovla müqaviləni yeniləyib.