14:37 03-07-2021
news_image
395
FUTBOL

Mahirdən dubl – 6-ya çatdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu “Yagelloniya” ilə yoxlama matçının qəhrəmanı olub.

Mahir 2 qol vuraraq komandasına 2:0 hesablı qələbə qazandırıb. Bununla da Emreli “Legiya”nın yoldaşlıq oyunlarındakı qol sayını 6-ya çatdırıb.

Qeyd edək ki, Mahir Avstriya “Bişofshofen”inə (5:0) üç, Rusiya “Krasnodar”ına (1:1) bir qol vurub.